AZ

Əvəzedicilər: “Qarabağ” “Neftçi”yə uduzdu

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 7-ci tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Neftçi” ilə “Qarabağ”ın əvəzediciləri arasında keçirilən oyunda paytaxt təmsilçisi minimal hesabla üstün olub.

“Kəpəz”lə “Şamaxı”nın ikinci komandalarının görüşündə isə qalib müəyyənləşməyib.

7-ci turun qalan görüşləri ayın 22-də və 23-də keçiriləcək.

Əvəzedicilər Liqası
7-ci tur
21 sentyabr

“Neftçi-2” – “Qarabağ-2” 1:0
Qol: Murad Məmmədov, 22.
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Teymur Teymurov, Sənan Bayramzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 16:00.

“Kəpəz-2” – “Şamaxı-2” 1:1
Qollar: Cavad Kərimov, 61 – Murad Qarayev, 8.
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00.

22 sentyabr

“Turan Tovuz-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Rauf Allahverdiyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Tovuz şəhər stadionu, 16:00.

23 sentyabr

“Səbail-2” – “Sabah-2”
Hakimlər: Əkbər Əhmədov, Zöhrab Abbasov, Asiman Əzizli, Maqsud Şamıyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Bayıl Arena”, 14:00.

“Sumqayıt-2” – “Zirə-2”
Hakimlər: Kamran Əliyev, Rəhman İmami, Şirmamed Mamedov, Niyaz Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
2
arena.az

10Mənbələr