AZ

İranda partlayış – 51 ÖLÜ

İranda kömür mədənində partlayış baş verib.

Herbiand.az İran  mediasına istinadən xəbər verir ki, hadisə Cənubi Xorasan əyalətinin Təbəs şəhərindəki mədəndə baş verib.

Qəzaya mədənin B və C bloklarında metan qazının partlaması səbəb olub. Partlayış zamanı bloklardakı işçilərin ümumi sayının 69 nəfər olduğu bildirilib.

Qeyd edilib ki, 250 metr dərinlikdə yerləşən mədəndə partlayışdan sonra yanğın olmayıb.

Son məlumatlara görə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb.

Seçilən
13
10
herbiand.az

10Mənbələr