AZ

İranda mədəndə partlayış-51 ölu

İranın şərqindəki Cənubi Xorasan əyalətinin Tabas şəhərindəki kömür mədənində partlayış baş verib.
Avropa.info xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 30 nəfər ölüb, 17 nəfər yaralanıb.
Qəzaya mədənin B və C bloklarında metan qazının partlaması səbəb olub. Partlayış zamanı bloklardakı işçilərin ümumi sayının 69 nəfər olduğu bildirilib.
Qeyd edilib ki, 250 metr dərinlikdə yerləşən mədəndə partlayışdan sonra yanğın olmayıb.
***
İranın şərqindəki Cənubi Xorasan əyalətinin Təbəs şəhərində şaxtada baş vermiş partlayış nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb.
Bu barədə “Tasnim” məlumat yayıb.
 

Seçilən
19
10
avropa.info

10Mənbələr