AZ

Neftçalanın icra başçısı səyyar görüş keçirib

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Şirvanlı kənd sakinləri ilə səyyar görüş keçirib. ⠀Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.Yenikənd kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsi çıxış edərək Şirvanlı kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.Çıxış edənlər  “İşğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni irsin, multukultural dəyərlərin bərpası dövlətimiz üçün ən aktual məsələlərdəndir”  mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və işğaldan azad olunan ərazilərdə tarixi abidələrimizin bərpası haqqında danışıblar.Neftçala RİH-in başçısı Mirhəsən Seyidov  çıxış edərək bildirib ki,   ermənilər tərəfindən dağıdılan tarixi-mədəni irsimiz sayılan dini abidələrimiz işğaldan azad olunduqdan sonra Prezident cənab İlham Əliyevin xüsusi tapşırığı ilə bərpa edilməkdədir. Ermənilər 30 ilə yaxın bir müddətdə Azərbaycanın dini-tarixi abidələrini, məscidləri təhqir etmişdilərsə, Azərbaycan dövləti bu məscidlərlə yanaşı, xristian dininə məxsus abidələri də bərpa edir və qoruyur. Şuşadakı kilsənin təmiri də bunun bariz nümunəsidir. RİH-in başçısı möhtəşəm Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda  Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək,  Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmaq vəzifəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi, konkret tövsiyə və tapşırıqlarını verib, Azərbaycan xalqının haqqının özünə qaytarılması və tarixi ədalətin bərpa olunması, Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi bu mövqe həm tarixçilər, həm də hüquqşünaslar qarşısında ciddi vəzifələr qoyub.Neftçala RİH-in başçısı Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.Səyyar qəbul zamanı vətəndaşlar Şirvanlı kəndində elektrik təsərrüfatının yenidən qurulması, payız- qış mövsümündə odun yanacağı ilə təmin olunması, sərnişin daşımada intervalın tənzimlənməsi, məişət tullantılarının utilizasiyası, əlilliyin müəyyən edilməsi, sosial təminat və digər məsələlər ilə əlaqədar müraciətlərini səsləndiriblər. Vətəndaşların səsləndirdikləri müraciətlər ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə olunub və həllinin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

ADEX

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
4
baku.news

10Mənbələr