AZ

Neftçalanın icra başçısı növbəti səyyar qəbul keçirdi - Fotolar

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı rayonun Ərəbqardaşbəyli kənd sakinləri ilə növbəti səyyar görüşünü keçirib.  

“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda Neftçala RİH başçısı Mirhəsən Seyidov, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

Mirhəsən Seyidov çıxış edərək Azərbaycanın Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, düzgün siyasi qərarları nəticəsində Qafqazda, həmçinin dünya ölkələri arasında xüsusi yeri olduğunu vurğulayıb və dünya liderlərinin Müzəffər Ali Baş Komandana olan rəğbətləri haqqında görüş iştirakçılarını məlumatlandırıb.

RİH-nin başçısı bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək,Aazərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmaq vəzifəsidir. Qeyd edib ki, Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi və konkret tövsiyə və tapşırıqlarını verib.

İcra başçısı Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Qeyd edək ki, vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
6
qafqazinfo.az

10Mənbələr