AZ

İsrail Livanın cənubuna hava zərbələri endirib

İsrail ordusu gecə ərzində Livanın cənubuna endirdiyi hava hücumlarında “Hizbullah”ın infrastruktur obyektlərini və silah anbarını hədəf aldığını bildirib.

Vətəninfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, İsrail Hərbi Hava Qüvvələri altı bölgədə – Şayn, Teyibə, Blida, Meis əl-Cabal, Aitarun və Kfarkelada “Hizbullah” infrastrukturuna və Xiam bölgəsindəki silah anbarına zərbələr endirib.

Bundan əlavə, İsrail ordusunun artilleriyası Livanın cənubunda bir neçə əraziyə zərbə endirib.

Dəymiş ziyanın həcmi məlum deyil.

Zərbələr İsrailin müdafiə nazirinin çərşənbə günü müharibənin “yeni erası”nın başladığını deyərək, “Hizbullah”ı hədəf alan və Yaxın Şərqi daha geniş münaqişə həddinə çatdıran şok əkiz hücumlardakı rolunu üstüörtülü şəkildə etiraf etməsindən sonra edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
50
veteninfo.az

10Mənbələr