AZ

Azərbaycan derbisinin biletləri artıq satışdadır

Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasının biletləri bu gündən etibarən onlayn şəkildə satışa çıxarılıb.Komanda.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir. Biletlər bu gün iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassasında da satışda olacaq.Qapılar azarkeşlər üçün matçın start fitindən 60 dəqiqə əvvəl açılacaq.Sentyabrın 20-də keçiriləcək Azərbaycan derbisi saat 20:00-də başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
16
komanda.az

10Mənbələr