AZ

“Qarabağ” - “Neftçi” matçı 3 manata

Azərbaycan Premyer Liqasının 6-cı turunda keçiriləcək “Qarabağ” – “Neftçi” matçının biletləri bu gündən etibarən satışa çıxarılıb.

Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Xəbərdə bildirilir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Biletləri hələlik onlayn şəkildə əldə etmək mümkündür. Biletlər bu gün iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də “Azərsun Arena”nın kassasında satışda olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” sentyabrın 20-də “Azərsun Arena”da keçiriləcək. Qarşılaşmaya saat 20:00-da start veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
3
arena.az

10Mənbələr