AZ

Meta Rusiya KİV-lərinə qadağa qoydu

ABŞ mətbuatında yer alan xəbərlərə görə, Meta Rusiya mətbuatının qadağan edilməsi ilə əlaqəli alınan qərarla bağlı açıqlama verib.

News24.az xəbər verir ki, açıqlamada "Diqqətlə nəzərdən keçirdikdən sonra biz Rusiyanın dövlət media orqanlarına qarşı davam edən sanksiyalarımızı genişləndirdik", deyilib.

ABŞ Ədliyyə Nazirliyi sentyabrın 4-də verdiyi açıqlamada Rusiyaya bağlı bəzi media qurumlarını və sosial media platformalarını, o cümlədən RT-ni noyabrın 5-də keçiriləcək prezident seçkilərinə müdaxilə etməyə cəhddə ittiham edib və bu çərçivədə sanksiyalar elan edib.

ABŞ-ın dövlət katibi Antoni Blinken sentyabrın 13-də Rusiyanın dövlət kanalı RT-yə bağlı 3 qurum və 2 şəxsə qarşı xarici ölkələrdə “sabitliyi pozan” fəaliyyət göstərdikləri və Moskvaya əhəmiyyətli dəstək verdiyi səbəbilə sanksiya tətbiq olunduğunu açıqlayıb. r

Bildirək ki, Moskva seçkilərə müdaxilə iddialarını rədd edib.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
2
news24.az

10Mənbələr