AZ

“Meta” öz platformalarında RT və “Rossiya Seqodnya”nın hesablarını blokladı – NBC


“Meta” korporasiyası öz platformalarında bir sıra Rusiya KİV-lərinin, o cümlədən RT və “Rossiya Seqodnya” media qrupunun hesablarını bloklayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NBC telekanalı “Meta” nümayəndəsinin bəyanatına istinadla məlumat yayıb.
“Məsələni diqqətlə nəzərdən keçirdikdən sonra biz Rusiyanın dövlət mediasına qarşı tədbirlərimizi genişləndirdik. “Rossiya Seqodnya”, RT və digər əlaqəli təşkilatlar xarici müdaxilə cəhdlərinə görə indi bütün dünyada bizim tətbiqlərimizdə bloklanıb”, - deyə telekanal “Meta” nümayəndəsindən sitat gətirib.
Qeyd edək ki, sentyabrın 4-də ABŞ Maliyyə Nazirliyi RT telekanalına və kanalın baş redaktoru Marqarita Simonyan və onun iki müavininə qarşı sanksiyalar tətbiq edib.
Bundan əlavə, ABŞ Dövlət Departamenti “Rossiya Seqodnya”, “RİA Novosti”, RT, “TV-Novosti”, “Ruptly” və “Sputnik” media qrupu ilə bağlı əməliyyat qaydalarını sərtləşdirib.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, 2022-ci ildən bu günə qədər Qərb ölkələri Rusiya KİV və jurnalistlərinə qarşı 150-yə yaxın müxtəlif məhdudiyyətlər tətbiq edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
19
yeniavaz.com

10Mənbələr