AZ

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-da geniş yayılmış senzuradan danışıb

Rusiya Xarici İşlər Nazirliyi Rusiya media holdinqlərinin işinə qoyulan məhdudiyyətlər fonunda ABŞ-da senzuradan danışıb.

Oxu24.com xəbər verir ki,İdarənin rəsmi nümayəndəsi Mariya Zaxarova şərh verib.

“Bizim ABŞ-da geniş yayılmış senzuranın fəaliyyəti Vaşinqton tərəfindən idarə olunan müvafiq beynəlxalq strukturlar tərəfindən lazımi qiymət alacağına dair heç bir illüziyamız yoxdur”,- deyə o bildirib.

Zaxarova əlavə edib ki, Birləşmiş Ştatlar Rusiya media holdinqlərinin işinə etdiyi təzyiqi onların ölkənin daxili siyasi işlərinə iddia edilən müdaxiləsi ilə əsaslandırır.

Sentyabrın 13-də ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, “Rossiya seqodnya” media qrupu və onun beş törəmə şirkəti, o cümlədən RT Rusiya kəşfiyyatının bölməsidir. Onun iddiasına görə, RT-də informasiya axtarışı, Rusiya ordusu üçün vəsait toplamaq, seçkiləri manipulyasiya etmək və Ukraynaya dəstəyi zəiflətməklə məşğul olan bölmə yaradılıb.

Bundan əvvəl XİN amerikalıların Rusiyaya informasiya müharibəsi elan etdiyi barədə məlumat yayıb.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
50
oxu24.com

10Mənbələr