AZ

Venesuela ABŞ-ı ölkədə dövlət çevrilişi hazırlamaqda ittiham edib

 

 

Venesuelada üçü ABŞ vətəndaşı olmaqla altı əcnəbi saxlanılıb. Səlahiyyətlilərə görə, onlar dövlət çevrilişi planlaşdırır və Venesuelanın başçısı Maduroya və onun hökumətinə qarşı “zorakılıq aktları” hazırlayırdılar.

Venesuelada dövlət çevrilişinə cəhd ittihamı ilə 6 əcnəbi saxlanılıb. Venesuela hakimiyyəti şənbə günü, sentyabrın 14-də ABŞ hökumətinin ölkədəki vəziyyətin sabitliyinin pozulmasında əli olduğuna inandığını bildirib.

 

Saxlanılanlar arasında üç ABŞ vətəndaşı, iki İspaniya vətəndaşı və bir Çexiya vətəndaşı da var. Venesuelanın daxili işlər naziri Diosdado Kabellonun sözlərinə görə, əcnəbilərin ölkə başçısı Nikolas Maduroya və onun hökumətinə qarşı “zorakılıq aktları” hazırladıqları iddia edilir. Hüquq-mühafizə orqanları şübhəlilərdən 400-dən çox Amerika istehsalı olan tüfəng götürüb. “Biz bilirik ki, ABŞ hökuməti bu işlə bağlıdır” deyən nazir çevrilişin planlaşdırılmasında Amerika və İspaniya kəşfiyyat xidmətlərinin, eləcə də Venesuela müxalifətinin iştirakına diqqət çəkib.

 

Bundan əlavə, Kabello mətbuat konfransı zamanı Venesuelaya hücum planlaşdırdığı iddia edilən Fransız və Şərqi Avropalı muzdluları xatırladıb.

 

 

Vaşinqton Venesuelada çevriliş planlaşdırmaq ittihamlarını rədd edir

ABŞ Dövlət Departamentinin sözçüsü Venesuela hakimiyyətinin bütün ittihamlarını rədd edərək, onları “tamamilə yalan” adlandırıb. Eyni zamanda, Amerika tərəfi ABŞ hərbi qulluqçusunun Venesuelada saxlanmasını təsdiqləyib, daha iki amerikalının həbsi “təsdiqlənməmiş” adlandırılıb.

 

Karakas və Vaşinqton arasında münasibətlər iyulun sonunda Venesuelada keçirilən prezident seçkilərindən sonra pisləşib. Beynəlxalq tənqidlərə və müxalifətin səslərin saxtalaşdırılması ilə bağlı ittihamlarına baxmayaraq, Nikolas Maduro qalib elan edilib. Birləşmiş Ştatlar və Avropa İttifaqı Maduronun legitimliyini tanımaqdan imtina etdi və ölkədə seçkinin real nəticələrinin dərc olunması tələbi ilə kütləvi etirazlar başladı.

 

Bu mitinqlər nəticəsində azı 27 nəfər həlak olub, daha 192 nəfər yaralanıb. Təxminən 2400 nəfər həbs edilib. Qərb ölkələrinin seçkilərdə qələbə qazanacağına əmin olan müxalifət namizədi Edmundo Qonzales Venesueladan İspaniyaya qaçmaq məcburiyyətində qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
50
sam.az

10Mənbələr