AZ

Yanıq xəsarətləri alan beş yaşlı Əfsanənin anası: "Uşağa normal yemək belə ala bilmirəm"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Beş yaşlı Əfsanə ağır yanıq xəsarətləri alıb.
Bu barədə Oxu.Az-a onun anası Fərqanə Kərimzadə məlumat verib.
O bildirib ki, övladı aprelin 20-də ehtiyatsızlıq səbəbindən yanıb.
"Əfsanənin beş yaşı var. O, aprelin 20-də ehtiyatsızlıq səbəbindən ağır yanıq xəsarətləri alıb. Həmin gün biz onu Bakıda yerləşən xəstəxanalardan birinə apardıq. Əfsanə bir dəfə dəriköçürmə əməliyyatı olub. Hazırda evimizə gəlmişik. Amma onun müalicəsini davam etdirmək üçün imkanımız yoxdur. Nə dərmanlarını, nə də digər lazımi məhsulları ala bilirik. Vəziyyətimiz çox ağırdır. İnanın, bir neçə gündür uşağa normal yemək belə ala bilmirəm. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (070) 937-70-14.
UniBank:5243 7544 4435 8491.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
2
oxu.az

4Mənbələr