AZ

Beş yaşlı Əfsanənin yardıma ehtiyacı var

Beş yaşlı Əfsanə ağır yanıq xəsarətləri alıb.

Bu barədə seher.media-a onun anası Fərqanə Kərimzadə məlumat verib.

O bildirib ki, övladı aprelin 20-də ehtiyatsızlıq səbəbindən yanıb.

"Əfsanənin beş yaşı var. O, aprel ayının 20-də ehtiyatsızlıq səbəbindən ağır yanıq xəsarətləri alıb. Həmin gün biz onu Bakıda yerləşən xəstəxanalardan birinə apardıq. Əfsanə bir dəfə dəriköçürmə əməliyyatı olundu. Hazırda evimizə gəlmişik. Amma onun müalicələrini davam etdirmək üçün imkanımız yoxdur. Nə mazlarını ala bilirəm, nə dərmanlarını. Vəziyyətimiz çox ağırdır. İnanın, bir neçə gündür uşağa normal yemək belə ala bilmirəm. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (070) 937-70-14.

Kapital Bank: 4169 7388 9300 4170.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
101
3
seher.media

2phrase_var_article.sources