AZ

2024-cü ildə tətil üçün dünyanın ən yaxşı ölkə və şəhərləri - SİYAHI

Beynəlxalq turizm agentliyi "Flight Center" bu il ən yüksək reytinqə malik 10 ölkə və şəhəri müəyyən etmək üçün Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika, Kanada və Böyük Britaniyadan olan 170 000-dən çox səyahətçinin cavablarını təhlil edib.Yeni araşdırmaya görə, Portuqaliya 94% ümumi məmnunluq dərəcəsi ilə dünyanın ən yaxşı ölkəsi seçilib. Cənubi Sakit okeandakı Kuk Adaları isə 93% məmnuniyyət nisbəti ilə ikinci olub.2024-cü ildə tətil üçün dünyanın ən yaxşı 10 ölkəsi:1. Portuqaliya2. Kuk adaları3. Avstraliya4. Yaponiya5. İspaniya6. Sinqapur7. Yunanıstan8. İrlandiya9. Türkiyə10. VyetnamŞəhərlərin reytinqində birinci yeri Qərbi Avstraliyanın paytaxtı Pert, ikinci yeri isə Avstraliyanın əks tərəfində yerləşən Kvinslend əyalətinin paytaxtı Brisben tutub. Yeni Zelandiyanın Cənubi Adasının cənub-qərbində yerləşən Kvinstaun üçüncü yerdə qərarlaşıb.2024-cü ildə tətil üçün dünyanın ən yaxşı 10 şəhəri:1. Pert (Avstraliya)2. Brisben (Avstraliya)3. Kvinstaun (Yeni Zelandiya)4. Tokio (Yaponiya)5. Kraystçerç (Yeni Zelandiya)6. Rarotonqa (Kuk Adaları)7. Barselona (İspaniya)8. Melburn (Avstraliya)9. Roma (İtaliya)10. Vankuver (Kanada)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
5
adekvat.az

10Mənbələr