AZ

Putin Lavrovdan təcili hesabat tələb etdi

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının operativ iclasında xarici işlər naziri Sergey Lavrovdan təcili hesabat tələb edib.

Publika.az xəbər verir ki, tələb Rusiya diplomatiyasının son xarici əlaqələri ilə bağlı olub.

“Biz Sergey Viktoroviçdən xarici həmkarları ilə son təmasları barədə bizə məlumat verməsini xahiş edəcəyik”, - deyə Putin “Rossiya 24” telekanalında yayımlanan Təhlükəsizlik Şurası ilə operativ iclasında bildirib.

Xarici siyasət məsələlərinin müzakirəsi görüşün əsas mövzusu olub. Operativ müşavirənin gündəliyinə Xarici İşlər Nazirliyinin fəaliyyəti ilə bağlı cari məsələlər daxil edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
12
publika.az

10Mənbələr