AZ

Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirdi

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videokonfrans formatında müşavirə keçirib.

Korrespondent.az bildirir ki, müşavirədə  hökumət başçısı Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matvienko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Prezident Administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Prezidentin köməkçisi Nikolay Patruşev, Müdafiə naziri Andrey Belousov, Daxili işlər naziri Vladimir Kolokoltsev, Xarici işlər naziri Sergey Lavrov, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, Prezidentin ətraf mühit, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi Sergey İvanov iştirak ediblər.

Müşavirədə V.Putin Təhlükəsizlik Şurasının daimi üzvlərini Rusiya Federasiyası ərazisində hava məkanına nəzarət sistemini müzakirə etməyi təklif edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
12
korrespondent.az

10Mənbələr