AZ

Telefonunu zəng üçün qonşusuna verdi,pulları oğurlandı - ŞİKAYƏT

Gəncədə qadın qonşusu tərəfindən dələduzluğa məruz qalıb.

 

Oxu24.com xəbər verir ki,Gəncə Şəhəri Ağa Sultanov küçəsi 1,döngə ev3 ünvanında qəribə oğurluq hadisəsi baş verib.

 

Həmin ünvanda yaşayan Həlimə Qarayevanın qonşuluğunda yaşayan Aysel adlı şəxs 28 avqust 2024-cü il tarixdə Həlimə Qarayevanın telefonundan zəng etmək məqsədi ilə istifadə edərkən kart hesabında 1000 manat pul olduğunu görüb  və dərhal “M10” açaraq  həmin pulu öz hesabına göndərib.

 

Qadının şikayəti  əsasında   Gəncə Şəhər    Polis  İdarəsinin  istintaq     şöbəsində araşdırma başlanılıb. İşin  istintaqı  Orxan  Aslanova  həvalə  edilib.

Mövzu ilə bağlı əməkdaşımız müstəntiq Orxan Aslanovla əlaqə saxlayıb.

 Orxan Aslanov  oxu24.com saytının  əməkdaşı ilə danışarkən istintaq hərəkətlərinin aylarla uzana  biləcəyini  bildirib. Müxbirimiz  mövcud  cinayət  işi  ilə  bağlı  əlavə  suallar  verərkən müstəntiq   Orxan  Aslanov  KİV haqqında qanunu tanımadığını,ümumiyyətlə mətbuat işçilərindən  xoşu gəlmədiyini,onlarla danışmağı  özünə rəva bilmədiyini  qeyd edərək “gedin,işinizlə məşğul olun”! ifadəsini  işlədib.  Müstəntiq  Orxan  Aslanov  görünür  anlamır  ki, KİV haqqında qanuna görə tərəflərin mövqeyini öyrənmək jurnalistin peşə borcudur.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
50
oxu24.com

10Mənbələr