AZ

Biləsuvarda faciə: “Nəzrin çarmıxa çəkildiyi üçün dayanmadan ağlayıb...”

Biləsuvar rayonunda masaj edilərkən ölən iki yaşlı Nəzrinin babası baş verən hadisədən danışıb.

 

Modern.az xəbər verir ki, “Bizim.media”ya açıqlama verən Mirkərim Qubadov uşağın çarmıxa çəkildiyini iddia edib: “Birinci seansdan sonra səhərə qədər yatmayan uşağı ikinci dəfə sınıqçıya aparıblar. Uşaq məhz çarmıxa çəkildiyi üçün dayanmadan ağlayıb. Bu, masaj deyil, kiminsə sözünə uyub apardılar onun yanına”.

 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

 

Qeyd edək ki, hadisə sentyabrın 7-də Biləsuvar rayonunun Bəydili kəndində baş verib. Kənddə sınıqçı kimi tanınan 1961-ci il təvəllüdlü Nərgiz Şahverən qızı İmanova 2 yaşlı N. Qubadlının sümüklərini masaj edərkən azyaşlı ölüb.

 

***

11:00

 

Biləsuvar rayonunda faciəvi hadisə baş verib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Bəydili kəndində sınıqçı kimi tanınan 1961-ci il təvəllüdlü Nərgiz Şahverən qızı İmanova yaşadığı evdə Biləsuvar şəhər sakini, 2022-ci il təvəllüdlü Nəzrin Emin qızı Qubadlının sümüklərini masaj edərkən azyaşlının vəziyyəti pisləşib.

 

Nəticədə 2 yaşlı N.Qubadlı ölüb.

 

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Uşağın atasının sözlərinə görə, Nəzrin axsadığına görə sınıq və ya çıxığın olduğunu düşünüb xəstəxanaya aparıblar: “Rentgen müayinəsindən sonra bildirildi ki, belə bir problem yoxdur, damar dolaşması uşaqda narahatlıq yaradar. Bundan sonra masaja görə Nərgiz İmanovanın yanına apardım və o, uşağı sağaldacağını boynuna götürdü. İkinci gün masaj zamanı uşaq ağrıdan şok keçirərək öldü”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
50
modern.az

10Mənbələr