AZ

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı YOXA ÇIXIB?

Eks-prezident Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin diqqəti Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin yoxa çıxması və onunla əlaqə saxlamağın mümkün olmamasına yönəldib.

Publika.az xəbər verir ki, Soskin bu barədə "YouTube"dakı bloqunda danışıb.

O, bunu Ukrayna üçün pis əlamət hesab edib.

Soskin ölkə prezidenti Volodimir Zelenskinin hər şeyin plan üzrə getdiyi barədə açıqlamalarına diqqət çəkib. Eyni zamanda, qeyd edib ki, Ukrayna cəbhə xəttində ciddi problemlər yaşayır.

“Zelenski və onun adamları bir şeyi deyirlər, amma əslində vəziyyət fərqlidir – hər şey daha pisdir”, - deyə o, yekunlaşdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
50
publika.az

10Mənbələr