AZ

Ronaldo Mbappenin transferindən danışdı


Məşhur portuqaliyalı hücumçu Kriştianu Ronaldo “Real Madrid”in yeni futbolçusu Kilian Mbappenin transferini şərh edib.
Yeniavaz.com
xəbər verir ki, Ronaldo bu haqda özünün “YouTube” kanalında danışıb.
Futbolçu qeyd edib ki, “Madrid”də Mbappe üzərində təzyiq PSJ-də olduğundan qat-qat çoxdur:
“Mbappe? “Real Madrid” PSJ deyil, sizi əmin edə bilərəm. Burada təzyiq tamamilə fərqlidir. Amma düşünürəm ki, o, uğur qazanacaq”.
Qeyd edək ki, hazırda Mbappe bütün turnirlərdə beş matçda iştirak edib və üç qol vurub. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
33
yeniavaz.com

10Mənbələr