AZ

"Real Madrid" PSJ deyil" - Ronaldu Mbappenin transferini şərh etdi

Məşhur portuqaliyalı hücumçu Kriştianu Ronaldu "Real Madrid"in yeni futbolçusu Kilian Mbappe haqqında danışıb.

hakimiyyet.az championat.com-a istinadən xəbər verir ki, beş dəfə "Qızıl Top"un sahibi qeyd edib ki, Madriddə Mbappe üzərində təzyiq PSJ-də olduğundan qat-qat çoxdur. Buna baxmayaraq, Ronaldu Kilianın yeni komandasında uğur qazanacağına inanır.

"Mbappe? "Real Madrid" PSJ deyil, sizi əmin edə bilərəm. Burada təzyiq tamamilə fərqlidir. Amma düşünürəm ki, o, uğur qazanacaq" , - Kriştianu özünün "YouTube" kanalındakı yeni videoda bildirib.

Hazırda Mbappe yeni komandası ilə bütün turnirlərdə beş matçda iştirak edib və üç qol vurub. Futbolçunun klubla əmək müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, Mbappenin bazar dəyəri 180 milyon avrodur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
2
hakimiyyet.az

10Mənbələr