AZ

“Formula-1″ə maraq niyə artıb? – Ekspertdən AÇIQLAMA

Məlum olduğu kimi, 13-15 sentyabr tarixlərində Bakıda “Formula-1” Azərbaycan Qran Prisi 2024 keçiriləcək. Baş tutacaq yarışa bütün tribuna biletləri artıq satılıb. Bakı Şəhər Halqası bildirmişdir ki, azarkeşlərin böyük marağı səbəbindən bu il Bakı yarışının 8 tribunasına “Zəfər” və “Qız Qalası” tribunaları əlavə edilib. Yarış tribunalarının ümumi tutumu isə, ötən ilə nisbətdə 35 faiz artırılıb.

Bəs ötən illə müqayisədə bu il iştirak edəcək azarkeşlərin sayının artmasına səbəb nədir? Ümumiyyətlə, keçiriləcək yarışmada azarkeşləri nə gözləyir və bu tip yarışmaların daim insanların maraq dairəsində olması nə ilə əlaqəlidir?

Mövzü ilə bağlı Medianews.az-a danışan “Formula 1” şərhçisi və Azərbaycan Qran Prisinin rəsmi elçisi Rəhim Əliyev bildirib ki, tamaşaçılar üçün yerlərin az olması keçirilən ilk yarışdan sonra artıq məlum olmuşdur:

“Əvvala qeyd edək ki, bu yarış ölkəmizdə artıq 8-ci dəfə keçiriləcək. İlk yarışdan artıq məlum idi ki, tamaşaçılar üçün yer azdır. Bunun birinci səbəbi küçə yarışı olmasıdır. Burada tribunaları yalnız imkan daxilində boş yerlərə qoymaq olar. Məsələn, tribunaları adi traslarda, avtodromlarda istənilən yerdə düzmək olur. Təəssüf ki, bizdə binalar var və bu səbəbdən tribunları yalnız boş yerə düzmək mümkündür. Birinci yarış böyük marağa səbəb olmuşdu və bu səbəbdən tribunaların sayını artırmaqla bağlı düşünülmüşdür. Az da olsa, hər il say say on, iyirmiyə qədər artırılmışdır. Bu dəfə məsələyə biraz qlobal yanaşıblar. Hər il olan tribunların yuxarı cərgəsinə də əlavə olunub və boş yerləri doldurublar. Ona görə də belə bir artım mövcüddur”.

R. Əliyev bildirib ki, tamaşaçı sayının artımasına səbəb, bizim yarışın həddən artıq böyük auditoriya toplaması və həddən artıq maraq dairəsində olmasıdır.

O, hotellərin də tamaşaçı sayının artmasında rol oynadığını deyib: “Xarici qonaq ölkəmizdə keçirilən yarışı, öz ölkəsində yarışa maraq göstərən yaxınlarına həddən artıq tərifləyir. Çünki, hotellər yarışmanın keçiriləcəyi məkana çox yaxındır. Tamaşaçı qaldığı hoteldən çıxır və böyük məsafə qət etmədən biletini aldığı tribunaya yaxınlaşaraq yarışı izləyir. Yaxın məsafədə bulvar, əyləncə yerləri, həytta dadlı mətbəximiz olan restoranlarımız da var. Ümumiyyətlə, azarkeşlər həftə sonu ərzində, hər gün müxtəlif əyləncələrlə, səyyahətlərlə təmin oluna bilərlər. Bu, böyük maraq kəsb edir”.

R. Əliyev qeyd edib ki, azarkeşlərin böyük əksəriyyəti ucuz hotellər axtarırlar: “Bizdə hotel biznesini belə qurublar ki, yalnız 4 ulduzu, 5 ulduzlu hotel ya tikilir ya açılır, azarkeşlərin böyük əksəriyyəti isə, daha ucuz hotellər axtarırlar. Onlara vacib olan yarışı izləməkdir. Çünki “Formula 1” tamaşaçı üçün vacib olan yarısıdır, maşındır, texnikadır. Bizdə otaqların verilməsi, ucuz hotellərin açılması sayəsində xaricdən gələn turistlərin sayı artıb”.

Şərhçi bildirib ki, hər il daha çox bilet məhz xaricdən alınması təşkilatçılar tərəfindən analiz edildikdə məlum olurdu.

“Düşünürəm ki, xaricdən gələn qonağın burda qalması üçün yeri olmaldır. Məsələn, turist bilet aldıqdan sonra hotel axtarır və görür ki, yer yoxdur. Əvvələr əksinə, hotel tutulurdu daha sonra isə, bilet alınırdı. Birinci ildə hotel tutumu təxmin iyirmi iki, iyirmi üç min idi, tribunaların sayı isə otuz min idi. Yerdə qalan  yeddi, səkkiz mini bizim azarkeşlər alırdı. Bu il biletlər artımla hamısı satılıb.  Əlbəttə ki, təşkilatların yeritdiyi müxtəlif satış, endirimli, müəyyən şərtlərlə olan kompaniyalar var, hansı ki, 6 ay əvvəlcədən başlayır. Bunlarla bilet satışı yüksək səviyyədə təşkil olunub və gördüyümüz nəticə əldə olunub”, – deyə ekspert əlavə edib.

R. Əliyev, insanları, birinci növbədə “Formula 1” azarkeşlərini cəlb edən böyük əyləncə zonaların, konsert proqramların, sessiyaların, üç sərbəst yürüşlərin olduğunu deyib. O əlavə edib ki, bu yarışmanın daim maraq dairəsində olma səbəbi, “Formula 1″in yalnız idman yox, həm də texnologiya olmasıdır.

“Formul 1” mühəndis zəkasının ən yüksək nöqtəsidir. Yəni, tibb, kompüter, texnik, texnologiya sahəsində ən yüksək nailiyyəti bu yarışmada mütləq tətbiq olunur. Bu səbəb görə, yarışma istənilən peşənin, sahənin sahibi tərəfindən  maraqla gözlənilir və izlənilir. “Formula 1″də tətbiq olunan bir yenilik bir neçə ildən sonra sənayedə adi insanlar üçün əlçatan olur. Bu sahəni yaxşı bilən mütəxəssilər diqqətlə izləyirlər, maraqlanırlar. Bizim ölkədə bu idmana böyük marağın olması müsbət haldır”, – deyərək R.Əliyev öz fikirlərini yekunlaşdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
50
medianews.az

10Mənbələr