AZ

Dünyanın ən qədim insan məzarları tapıldı

Malayziya Milli Universitetinin arxeoloqları ölkədə ən qədim insan məzarlarını aşkar ediblər.

Publika.az xəbər verir ki, bu barədə "Live Science" portalı məlumat yayıb.

Qeyd edilib ki, onların yaşı 16 min ilə çatır.

Alimlər Kuala-Lumpurun paytaxtından 215 kilometr aralıda yerləşən Nenggiri vadisində mağaraları araşdırarkən belə bir kəşf ediblər.

Mütəxəssislərin fikrincə, tapılan qalıqlar və bir çox artefaktlar neolitdən əvvəlki dövrdə mövcud olmuş Hoa Binh ovçu-toplayıcılarına məxsus olub.

Hoa Binh xalqı daş alətlər hazırlamaqda mahir idi və sonradan Cənub-Şərqi Asiyada əhliləşdirilən bir çox yabanı bitki yeyirdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
38
publika.az

10Mənbələr