AZ

Azərbaycan yığması Serbiyaya Bakıda məğlub oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.Komanda.az xəbər verir ki, F qrupunda yer alan millimiz Bakıda Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.“Dalğa Arena”da keçirilən görüş qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra millimiz 3 xalla 6-cı pillədə qərarlaşıb.Qeyd edək ki, U-21 komandamız qrupda növbəti oyununu oktyabrın 12-də səfərdə Şimali İrlandiyaya qarşı keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
2
komanda.az

10Mənbələr