AZ

U-21 millimiz məğlub oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Msport.az xəbər verir ki, F qrupunda yer alan millimiz 7-ci matçında Lüksemburqun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Eş-syur Alzett şəhərində yerləşən “Emil Mayriş” stadionunda keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra komandamız 3 xalla 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, U-21 millimiz növbəti görüşünü sentyabrın 10-da, saat 19:00-da “Dalğa Arena”da Serbiya yığmasına qarşı keçirəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
4
msport.az

10Mənbələr