AZ

Ukrayna Moskvaya niyə OD VURDU? - Hündürmərtəbəli binalar yanır, yaralılar ARTIR – CANLI

Bu gün Moskvaya pilotsuz təyyarələr tərəfindən kütləvi şəkildə hücum edilib.

Publika.az xəbər verir ki, ilk dron yerli vaxtla saat 2:20-də Lyubertsı rayonunda vurulub. Sonra pilotsuz təyyarələr Moskva yaxınlığındakı Jukovskidə vurulub. Yerli əhalinin dediyinə görə, əvvəlcə ən azı altı partlayış eşidiblər.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyev bildirib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri Podolsk, Ramenskoye, Lyubertsı, Domodedovo və Kolomna rayonlarında 14 PUA-nı vurub.

Sonradan Rusiya mediası Ramenskoyedə çoxmərtəbəli binaların zədələndiyini, 11-12-ci mərtəbələr ərazisindəki mənzillərin yandığını açıqlayıb. Əvvəlcə 9 yaşlı uşağın öldüyü bildirilsə də, sonradan bu məlumat təsdiqini tapmayıb.

Hücum nəticəsində hündürmərtəbəli binalardan birində ən azı 20 mənzilə ziyan dəyib, 4 nəfər yaralanıb.

Jukovski hava limanı yaxınlığında da PUA-nın düşdüyü bildirilir. Bundan əlavə, PUA Moskva vilayətinin Ramenski rayonunun Prudki kəndində fərdi yaşayış binasının yaxınlığına düşüb. Hadisə şahidlərinin sözlərinə görə, o, binanın arxasındakı meşəyə düşüb. Heç kim xəsarət almayıb.
Kaşirskoye şossesi müvəqqəti olaraq bağlanıb. Hava limanlarının da bağlandığı deyilir.

“Mash” yazır ki, Moskva bölgəsinə hücum üçün “Fierce” tipli pilotsuz aparatlardan istifadə edilib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Efirdə hərbi ekspert, hazırda Ukraynada yaşayan Elxan Nuriyevin fikirlərinə də yer veriləcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
musavat.com

5Mənbələr