AZ

Ukrayna Moskvaya od vurdu: hündürmərtəbəli binalar yanır, yaralılar var

Bu gün Moskvaya pilotsuz təyyarələr tərəfindən kütləvi şəkildə hücum edilib.

Publika.az xəbər verir ki, ilk dron yerli vaxtla saat 2:20-də Lyubertsı rayonunda vurulub. Sonra pilotsuz təyyarələr Moskva yaxınlığındakı Jukovskidə vurulub. Yerli əhalinin dediyinə görə, əvvəlcə ən azı altı partlayış eşidiblər.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyev bildirib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri Podolsk, Ramenskoye, Lyubertsı, Domodedovo və Kolomna rayonlarında 14 PUA-nı vurub.

Sonradan Rusiya mediası Ramenskoyedə çoxmərtəbəli binaların zədələndiyini, 11-12-ci mərtəbələr ərazisindəki mənzillərin yandığını açıqlayıb. Əvvəlcə 9 yaşlı uşağın öldüyü bildirilsə də, sonradan bu məlumat təsdiqini tapmayıb.

Hücum nəticəsində hündürmərtəbəli binalardan birində ən azı 20 mənzilə ziyan dəyib, 4 nəfər yaralanıb.

Jukovski hava limanı yaxınlığında da PUA-nın düşdüyü bildirilir. Bundan əlavə, PUA Moskva vilayətinin Ramenski rayonunun Prudki kəndində fərdi yaşayış binasının yaxınlığına düşüb. Hadisə şahidlərinin sözlərinə görə, o, binanın arxasındakı meşəyə düşüb. Heç kim xəsarət almayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
publika.az

5Mənbələr