AZ

Çin və Rusiya arasında birgə təlimlər keçiriləcək

Çin Rusiya ilə birgə hərbi təlimlər keçirəcəyini açıqlayıb.

Çin Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, onların məqsədi iki ölkənin hərbçiləri arasında strateji əməkdaşlığı dərinləşdirmək və təhlükəsizlik təhdidlərinə qarşı birgə mübarizə aparmaq bacarığını gücləndirmək olacaq.

Bu məlumatlara görə, iki ölkənin hərbi dəniz qüvvələri və hərbi aviasiyası Rusiya sahilləri yaxınlığında, Yapon və Oxot dənizlərində keçiriləcək hərbi təlimlərdə iştirak edəcək.

Bundan başqa, Çin Xalq Respublikası Rusiyanın “Okean-2024” strateji təlimlərində iştirak edəcək”, – məlumatda deyilir. Onun dəqiq tarixi məlum deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
32
veteninfo.az

10Mənbələr