AZ

İlon Mask: Bu xalqlar yox olacaq, böhran qaçılmazdır

Elon Musk əmindir ki, Avropa İttifaqı aşağı doğum səviyyəsinə görə qaçılmaz olaraq demoqrafik böhranla üzləşəcək.

Ölkə.Az xəbər verir ki, bu barədə milyarder cümə axşamı X-də (keçmiş Twitter) yazıb.

“Doğum göstəriciləri kəskin şəkildə azalmağa davam edir. Demoqrafik kollaps (çöküş-red) qaçılmazdır”, - İlon Mask yazıb.

Milyarder bunu 2022-ci ildə Aİ-də 3,88 milyon uşağın doğulması ilə bağlı məlumatı şərh edərkən yazıb. O qeyd edib ki, bu da Aİ üçün çox aşağı göstəricidir.

Mask bundan əvvəl demoqrafik böhrana görə İtaliya, Fransa və Yaponiya mədəniyyətləri də daxil olmaqla bütöv xalqların yox ola biləcəyi barədə də fikirini səsləndirib.

Mürtəza
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
50
olke.az

10Mənbələr