AZ

Lökbatan - Bakı istiqamətində məhdudiyyət nə vaxt aradan qaldırılacaq? VİDEO

Qaradağ rayonunun Lökbatan dairəsindən mərkəz istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Xezerxeber.az-ın məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirov “Xəzər Xəbər”ə açıqlamasında qeyd edib  ki, ölkənin əksər rayon və şəhərlərindən, eləcə də paytaxtın Qaradağ rayonundan şəhərin mərkəz istiqamətinə giriş kənar dairəvi yol ilə təşkil edilir.

Avtomobillərin hərəkətinə qoyulan məhdudiyyətin səbəbi isə Lökbatan dairəsində aparılan təmir işləri olub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına da müraciət edib. Bildirilib ki, Bakı şəhərində keçiriləcək "2024 Formula-1 Azərbaycan Qran Prisi" ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sentyabrın 13-dən 15-dək Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlardan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri tövsiyə olunur. Eyni zamanda paytaxt sakinlərindən isə yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələri ilə ümumiyyətlə yola çıxmamaları xahiş olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
22
xezerxeber.az

10Mənbələr