AZ

“Bakının mərkəzində yuyunmağa su tapmırıq” - Sakinlər elə sözlər dedilər ki...- VİDEO

Artıq bir neçə gündür ki, paytaxt Bakının bir çox ərazilərində suyun verilməsində fasilələr yaranıb. Elə ərazi var ki, orada ümumiyyətlə, su verilmir. Təbii ki, yayın qızmar vaxtında bu cür problemin yaşanması insanları çətin vəziyyətə salıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə avqustun 19-u səhər saatlarında Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəzanın aradan qaldırılması ilə bağlı görülən işlərlə əlaqədar olaraq Bakı şəhərinin bir neçə rayonunun bəzi ərazilərində suyun verilməsində fasilə yaranıb. O da qeyd olunub ki, avqustun 22-si günorta saatlarına qədər suyun əvvəlki rejimə qaytarılması nəzərdə tutulur.

Bəs Bakı sakinlərindən kimlər su problemini yaşadı? Onlar bu problemi necə həll edə bildilər?

TV Musavat mövzu ilə bağlı Bakı sakinləri arasında sorğu keçirib.

Musavat.com həmin video-materialı təqdim edir:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
22
musavat.com

10Mənbələr