AZ

Əmisi Narinin meyitini gizlətmək üçün kişiyə 200 min təklif edib

Diyarbəkirdə itkin düşdükdən günlər sonra cansız cəsədi tapılan 8 yaşlı Narin Güranın qətlində yeni təfərrüatlar açıqlanıb. 

"32gun.az" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Narinin qətli ilə bağlı ilk etiraf saxlanılan şübhəli şəxsdən gəlib.

Avtomobili ilə çay kənarına getdiyi müəyyən edildikdən sonra saxlanılan şübhəli "Meyiti Muxtar (Narinin əmisi Səlim Güran, - red) mənə torbada verdi. Torbanı götürüb dərəyə apardım",  - deyib.

Adı açıqlanmayan şahid onu da bildirib ki,  meyitin atılması üçün əmisi ona 200 min TL (10 min AZN) təklif edib.

***13:12

8 yaşlı qızcığaz Narin Güranın cənazəsi ekspertizadan sonra ailəsinə təhvil verilib. 

"32gun.az" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

Narin Tavşantepe qəbiristanlığında dəfn edilib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
42
32gun.az

10Mənbələr