Diyarbəkirdə itkin düşdükdən günlər sonra cansız cəsədi tapılan 8 yaşlı Narin Güranın qətlində yeni təfərrüatlar açıqlanıb.
"32gun.az" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Narinin qətli ilə bağlı ilk etiraf saxlanılan şübhəli şəxsdən gəlib.
Avtomobili ilə çay kənarına getdiyi müəyyən edildikdən sonra saxlanılan şübhəli "Meyiti Muxtar (Narinin əmisi Səlim Güran, - red) mənə torbada verdi. Torbanı götürüb dərəyə apardım", - deyib.
Adı açıqlanmayan şahid onu da bildirib ki, meyitin atılması üçün əmisi ona 200 min TL (10 min AZN) təklif edib.
***13:12
8 yaşlı qızcığaz Narin Güranın cənazəsi ekspertizadan sonra ailəsinə təhvil verilib.
"32gun.az" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Narin Tavşantepe qəbiristanlığında dəfn edilib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта