AZ

Qəzzaya hücumlar 339-cu gündə də davam edib - Çoxlu sayda ölü var

İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda ən azı 7 nəfərin həyatını itirdiyi bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi "WAFA"da yer alan xəbərdə İsrail ordusunun Qəzza zolağına hücumlarının 339-cu gündə də davam etdiyi bildirilib.

Qəzza zolağının müxtəlif hissələrinin gecə saatlarında hava hücumlarına və artilleriya atəşinə məruz qaldığı vurğulanan xəbərdə, mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsindəki bir evə hava hücumu nəticəsində 3 vətəndaşın həlak olduğu, 7 nəfərin yaralandığı bildirilib. Xəbərdə Nusayrat Qaçqınlar Düşərgəsindəki poçt binasının bombalanması nəticəsində çox sayda insanın yaralandığı bildirilib.

İsrail ordusunun Qəzzanın mərkəzi hissəsindəki Əl-Bureyc Qaçqınlar Düşərgəsindəki bir evə təşkil etdiyi hücumda ən azı 4 nəfərin həyatını itirdiyi, çoxlu sayda yaralının olduğu bildirilib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 16 min 715-i uşaq, 11 min 308-i qadın olmaqla 40 min 972 fələstinli həyatını itirib, 94 min 761 nəfər isə yaralanıb. Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
8
sia.az

10Mənbələr