AZ

Qəzzada 460 mindən çox uşağa poliomielit əleyhinə peyvənd edilib

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri, Əmirliyin yardım işçilərinin iştiraketdiyi kampaniyanın ilk səkkiz günündə Qəzza zolağında 460,000 uşaqüçün poliomielit peyvəndini tamamladığını açıqladı.

Trend-in yerli xəbər agentliyinə istinadən verdiyi məlumatagörə, peyvənd 2 mindən çox mütəxəssis tərəfindən təmin edilən 150tibb mərkəzində aparılır. Ümumilikdə Qəzza zolağında yaşayan 640min uşaq poliomielit peyvəndi almalıdır.

Sentyabrın 1-də Fələstin anklavında uşaq iflicinə qarşı peyvəndkampaniyası başladılıb. Kampaniya Ümumdünya Səhiyyə Təşkilatı,BMT-nin Uşaq Fondu və BMT-nin Yaxın Şərqdəki Fələstin QaçqınlarınaYardım və İşlər üzrə Agentliyi tərəfindən keçirilir. Bundan əvvəlBƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan kampaniyaya dəstəküçün 5 milyon dollar ayrılması barədə göstəriş vermişdi.

Avqustun 16-da Fələstin Səhiyyə Nazirliyi mərkəzi Qəzzazolağında ilk təsdiqlənmiş poliomielitə yoluxma hadisəsinin qeydəalındığını elan edib. Deyr Əl-Bəlah şəhərində bir dəfə də olsunpoliomielit peyvəndi almamış 10 aylıq uşaq virus infeksiyasınayoluxub. Onun diaqnozu Ammanda aparılan laboratoriya testləri ilətəsdiqlənib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
23
az.trend.az

10Mənbələr