AZ

Ağır avtobus qəzası: 16 nəfər öldü

Yəmən paytaxtı Ədəndən 255 km cənubda yerləşən Taiz şəhərinə gedən sərnişin avtobusu yoldan çıxaraq aşıb.

"Cebheinfo.az" xəbər verir ki, hadisəyə avtobusun əyləc sistemindəki nasazlığın sürücünün idarəetməni itirməsinə səbəb olduğu bildirilib.

Məlumata görə, 2-si uşaq olmaqla 16 nəfərin öldüyü qəzada 1-i ağır olmaqla 3 nəfər yaralanıb.

Qeyd edək ki, 2024-cü ilin birinci yarısında qəzanın baş verdiyi yolda 114 yol-nəqliyyat hadisəsi baş verib. Bu qəzalarda 9 nəfər həlak olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
50
cebheinfo.az

10Mənbələr