AZ

Nigeriyada dəhşətli qəza: 48 nəfər yanaraq öldü

Nigeriyada baş verən ağır yol qəzasında ən azı 48 nəfər həlak olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Punç" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Niger ştatında yanacaq daşıyan avtomobil sərnişin aparan digər nəqliyyat vasitəsilə toqquşub. Nəticədə yanğın baş verib.

Niger ştatının Fövqəladə Hallar üzrə Dövlət Agentliyinin baş direktoru Abdullahi Baba-Arabın sözlərinə görə, yanğın nəticəsində tanınmaz halda olan azı 48 nəfərin meyiti müsəlman adətlərinə uyğun olaraq artıq həmin gün dəfn edilib.

Ölən və yaralananların ümumi sayı hələ müəyyən edilməyib. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
50
milli.az

10Mənbələr