AZ

Sabah Bakıda külək əsəcək, bəzi rayonlarda yağış yağacaq

Sentyabrın 9-da Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Senzor.az-a verilən məlumata görə, sabah şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 19-22°, gündüz 27-31° isti olacaq. 

 

Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

 

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 14-19°, gündüz 28-32°, dağlarda gecə 8-13°, gündüz 13-18° isti olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
49
senzor.az

10Mənbələr