AZ

Sentyabrın 9-da hava durumu necə olacaq?

Ölkə ərazisində sentyabrın 9-na gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.Bildirilib ki, sabah şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 19-22 dərəcə isti, gündüz 27-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 762 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 40-45% olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 14-19 dərəcə isti, gündüz 28-32 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
49
mediaxeberleri.az

10Mənbələr