AZ

Boliviyada fövqəladə vəziyyət elan edildi

Boliviyanın müdafiə naziri Edmundo Novillo ölkədə fövqəladə vəziyyət elan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, buna səbəb meşə yanğınları olub.

"Bu, bizə dost ölkələrdən və beynəlxalq əməkdaşlardan daha çevik və effektiv dəstək almağa imkan verəcək", - deyə Novillio mətbuat konfransında izah edib.

Braziliyanın Kosmik Tədqiqatlar Agentliyinin məlumatına görə, Boliviya 2010-cu ildən bəri ən böyük meşə yanğınları ilə üzləşib. Yanğın 3 milyon hektar ərazini əhatə edir. Boliviya hökuməti beynəlxalq yardım üçün müraciət edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
4
milli.az

10Mənbələr