AZ

Ukraynada meşə yanğınları başladı

Ukraynanın Kiyev, Xarkov və Donetsk vilayətlərində meşə yanğını baş verib.

Bakupost.az xəbər verir ki, səlahiyyətlilər Kiyevdəki yanğının kiçik miqyaslı olduğunu, Xarkovda 2 nəfərin yaralandığını, 200 nəfərin təxliyə edildiyini, Donetskdəki yanğının hava hücumu nəticəsində böyüdüyünü bildirib.

Donetsk vilayətində hava hücumu nəticəsində yaranan genişmiqyaslı meşə yanğınının aradan qaldırılması üçün işlər 4 gündür davam edir. Yanğın təxminən 5 min hektar ərazini əhatə edib. 46 təsərrüfat ərazisindəki tikililərə, 8 avtomobilə ziyan dəyib, 3 nəfər təxliyə edilib. Xarkov vilayətinin Donetsk vilayətindən Studenok kəndinə yayılan yanğın nəticəsində 1500 hektardan çox meşə sahəsinə ziyan dəyib. Bir xilasedici də daxil olmaqla iki nəfər xəsarət alıb. Yanğın 236 təsərrüfatdan ibarət ərazidəki tikililəri məhv edib. 200-dən çox insan təxliyə edilib.


Elnur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
50
bakupost.az

10Mənbələr