AZ

Mehriban Əliyeva İlham Zəkiyevi təbrik etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paracüdoçusu İlham Zəkiyevi “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması münasibətilə təbrik edib.

Sportinfo.az xəbər verir ki, Mehriban Əliyeva bu haqda instaqram hesabında yazıb.

“Növbəti qələbəmiz! İlham Zəkiyev “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazandı!

Gərgin əməyinə və qələbə əzminə görə paracüdoçumuza təşəkkür edirəm! Milli yığmamızın bütün üzvlərinə yeni qələbələr və nailiyyətlər arzulayıram!”, - paylaşımda qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
50
sportinfo.az

10Mənbələr