AZ

Ərəblər Azərbaycan komandasına PROBLEM YARATDI

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze klub daxilində gərginliyə səbəb olub. O, Qətərin “Aspire” futbol akademiyasının Qəbələdə təlim-məşq toplanışı keçməsinə sərt etiraz edib. Gürcüstanlı çalışdırıcı bazanın ərazisində olan 5 meydançanı icarəyə götürən ərəblərdən narazılığını rəhbərliyə çatdırıb. Axşam saatlarında məşq keçməyə yer tapmadıqlarını söyləyən mütəxəssis tələb eləyib ki, “Aspire” buranı boşaltsın. Qətər komandalarının meydançaları nəzərdə tutulmuş vaxtdan gec tərk etməsinə hiddətlənən Sxadadze deyib ki, problem tezliklə həll olunmasa, o, hazırlıq prosesinə çıxmayacaq.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
50
sportinfo.az

10Mənbələr