AZ

Politoloq: “NATO ölkələri Türkiyənin BRİKS-ə üzv olmasına…”

NATO ölkələri Türkiyənin BRİKS-ə üzv olmasına qarşı çıxmayacaq.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri politoloq Kərim Has “Paraqraf” nəşrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ankaranın BRİCS-ə daxil olması Şimali Atlantika Alyansına üzvlüklə ziddiyyət təşkil etməyəcək, çünki Türkiyə uzun müddətdir ki, Rusiya və Çin də daxil olmaqla münasibətləri inkişaf etdirir. Hadisələrin bu inkişafı vektorun məntiqi davamı olacaq. O hesab edir ki, Türkiyənin NATO-dakı əsas müttəfiqləri – ABŞ və Böyük Britaniya “bu ölkənin addımını BRİKS-in anti-Qərb kursunu azaltmaq üçün bir fürsət kimi qəbul edəcəklər”.

Politoloq xatırladıb ki, Türkiyə “ağır iqtisadi böhran” yaşayır və buna görə də BRİCS-ə üzvlük ona “birləşmədən daha çox şey verəcək”. Ekspert qeyd edib ki, təşkilata qoşulmaq Ankara üçün gələcəkdə üçüncü ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq imkanları aça bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
26
nocomment.az

10Mənbələr