AZ

ABŞ ordusu hipersəs raketinin növbəti sınağını keçirəcək

ABŞ ordusu hipersəs silahlarının növbəti sınağını keçirməyə hazırlaşır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, uzaqmənzilli hipersəs silahlarının yeni sınağını 2024-cü ilin sonuna qədər keçirmək planlaşdırılır. 

 

Söhbət ABŞ ordusunu və Hərbi Dəniz Qüvvələrini təchiz etmək üçün hazırlanan “Dark Eagle” raket sistemindən (LRHW) gedir.

 

“Dark Eagle” hipersəs raketi saatda təxminən 6 min kilometr sürətlə uçmağa qadirdir. O, hündürlükdə manevr edə bilir ki, bu da raketdən müdafiə sistemlərinin raketi aşkarlamasını çətinləşdirir.

 

Raketin layihə uzaqlığının 2775 kilometr olduğu bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
10
senzor.az

10Mənbələr