AZ

ABŞ ordusu hipersəs raketinin növbəti sınağını keçirəcək

ABŞ

Bakı, 7 sentyabr, AZƏRTAC

ABŞ ordusu hipersəs silahlarının növbəti sınağını keçirməyə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, Pentaqonun məlumatına görə, uzaqmənzilli hipersəs silahlarının yeni sınağını 2024-cü ilin sonuna qədər keçirmək planlaşdırılır. Söhbət ABŞ ordusunu və Hərbi Dəniz Qüvvələrini təchiz etmək üçün hazırlanan “Dark Eagle” raket sistemindən (LRHW) gedir.

“Dark Eagle” hipersəs raketi saatda təxminən 6 min kilometr sürətlə uçmağa qadirdir. O, hündürlükdə manevr edə bilir ki, bu da raketdən müdafiə sistemlərinin raketi aşkarlamasını çətinləşdirir.

Raketin layihə uzaqlığının 2775 kilometr olduğu bildirilir.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
10
azertag.az

10Mənbələr