AZ

Onlar 1/4 finalda məğlub oldu - Paris-2024

Fransanın ev sahibliyi etdiyi Paris-2024 Yay Paralimpiya Oyunları davam edir.

“Qafqazinfo” xəbər verir ki, cüdoçumuz İlham Zəkiyev (J1 kateqoriyası) 1/4 finalda məğlub olub.

Təcrübəli idmançı 1/4 final mərhələsində Fransadan olan Ceyson Qrandra ilə üz-üzə gəlib. Rəqibinə uduzan Zəkiyev təsəlliverici görüşə qatılacaq.

Paracüdoçumuz Dürsədəf Kərimova (J2 kateqoriyası) da məğlub olub. 70 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı 1/4 finalda Souza Silva (Braziliya) ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan D. Kərimova da təsəlliverici görüşə qatılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
6
qafqazinfo.az

10Mənbələr