AZ

Paris-2024: Dürsədəf Kərimova məğlub olub

Azərbaycan paracüdoçusu Dürsədəf Kərimova (J2 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında məğlub olub.

"Far.Az"un məlumatına görə, +70 kq çəkidə mübarizə aparan idmançı 1/4 finalda Souza Silva (Braziliya) ilə üz-üzə gəlib.

Rəqibinə uduzan Kərimova təsəlliverici görüşə qatılacaq.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
12
far.az

10Mənbələr