AZ

Qəzzada ölənlərin sayı dayanmadan artır

İsrailin Qəzza zolağına təşkil etdiyi sıx hücumlarda ölənlərin sayı ən az 40 min 878-ə çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son 24 saatda Qəzza zolağına edilən iki hücumda 17 fələstinlinin həyatını itirdiyi, 56 fələstinlinin isə yaralandığı bildirilib.

Qeyd edək ki, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayının ən az 40 min 878-ə, yaralıların sayının isə 94 min 454-ə yüksəldiyi vurğulanıb.

Mehriban Mirzəzadə
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
4
demokrat.az

7Mənbələr